Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Yaşlı insanlar zehni aydınlığı necə qoruyub saxlaya bilərlər?

User 26 Noyabr 2025 - 15:32 (Last updated: 26 Noyabr 2025 - 15:32)
qoca yasli

Yaşlı insanlarda beyin funksiyasının qorunub saxlanması üçün istənilən fiziki fəaliyyət vacibdir. Söhbət təkcə bədəndən deyil, həm də beyindən gedir. Bu, aerobika, üzgüçülük, yoqa və ya pilates ola bilər. Yaşlı insanlarda çox vaxt tarazlıq problemləri yarandığından, onlar üçün fiziki məşqlər çox vacibdir. Onlar, həmçinin aşağı ətrafları gücləndirmək üçün güc məşqləri etməlidirlər, çünki zəiflik yerimə ilə bağlı problemlərə səbəb ola bilər. Gildən fiqurlar düzəldilməsi, düymələrin barmaqla hərəkət etdirilməsi və ya qarışmış noxud və mərciməklərin ayırması kimi məşğələlər kiçik motorikanın inkişafı üçün əlavə fayda verir. Barmaqların işləməsi kiçik motorikanın aktivləşməsində mühüm rol oynayır ki, bu da beyin funksiyasına effektiv təsir göstərir.

Bu fikri AZƏRTAC-ın müxbiri ilə söhbətdə Bakı Herontoloji Mərkəzinin nevrologiya şöbəsinin müdiri, həkim-nevroloq Aytən Mürsəlova bölüşüb.

İntellektual məşqlərə gəldikdə, həkim-nevroloq krossvordların yaşlılar üçün faydalı olduğuna dair son zamanlar geniş yayılmış mülahizəyə şübhə ilə yanaşdığını söyləyib. O qeyd edib ki, krossvordlar insanlara bildikləri məlumatları, sadəcə, təkrarlamağa kömək edir. “İnsanlar həmişə bildiklərini xatırlayaraq onları həll edirlər. Lakin beyin fəaliyyətini və zehni aydınlığı qoruyub saxlamaq üçün neyronlar arasında yeni əlaqələrin yaranması zəruridir. Beyinə yeni məlumat daxil olduqda yeni əlaqələr yaranır. Bu səbəbdən sudoku, müxtəlif beyin oyunları, pazllar, şahmat və ya dama oyunları krossvordlardan daha faydalıdır. Mövcud məlumatların təkrarlanması beyni inkişaf etdirmir, o, sadəcə artıq mövcud neyron əlaqələrini gücləndirir, lakin yenilərini yaratmır. Əsas diqqət məhz yeni əlaqələrin yaradılmasına yönəldilməlidir”, – deyə Aytən Mürsəlova fikrini yekunlaşdırıb.

AzPost.az

Post navigation

Previous: Bakcell və Visa tərəfdaşlığa başlayır
Next: “Videodakı şəxs mənim qızım deyil…” –

Oxşar xəbərlər

ipotek
  • Sosial

İpoteka qaydaları dəyişdi – Kimlər kredit ala biləcək, hansı yenilik olacaq?

User 28 Oktyabr 2026 - 18:19
statistika
  • Sosial

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

User 28 Oktyabr 2026 - 16:53
ramiz
  • Sosial

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı

User 28 Oktyabr 2026 - 15:15

xƏBƏR

qaz nəqli
  • Dünya

Avropa İttifaqından Rusiya qazı ilə bağlı qəti qərar – Sülh sazişi də vəziyyəti dəyişməyəcək

User 28 Oktyabr 2026 - 20:14
Avropa Komissiyası Ukrayna ilə sülh sazişi bağlansa belə, Avropa İttifaqı ölkələrinin Rusiya qazının alışını bərpa etməsi ehtimalını...
Read more about Avropa İttifaqından Rusiya qazı ilə bağlı qəti qərar – Sülh sazişi də vəziyyəti dəyişməyəcək
İpoteka qaydaları dəyişdi – Kimlər kredit ala biləcək, hansı yenilik olacaq? ipotek
  • Sosial

İpoteka qaydaları dəyişdi – Kimlər kredit ala biləcək, hansı yenilik olacaq?

User 28 Oktyabr 2026 - 18:19
İsraildə seçki bülletenlərin 84,5%-i sayılıb – Nəticələr israil
  • Dünya

İsraildə seçki bülletenlərin 84,5%-i sayılıb – Nəticələr

User 28 Oktyabr 2026 - 16:59
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib statistika
  • Sosial

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

User 28 Oktyabr 2026 - 16:53
Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb qeter
  • Dünya

Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb

User 28 Oktyabr 2026 - 16:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.