Yatmazdan əvvəl şirniyyat yemək təhlükəlidir- XƏBƏRDARLIQ

Həkimlər yatmazdan əvvəl şirniyyat yeməyi tövsiyə etmirlər.

Azpost.info xəbər verir ki, onların fikrincə, şirniyyat qanda şəkərin miqdarını artırır və yuxu pozğunluğuna səbəb olur.

Beləliklə bir axşam qəlyanaltısı səbəbindən yuxu keyfiyyəti pisləşir, yuxusuzluq yaranır.

“Bir neçə peçenye və ya bir dilim tort bir çox insan üçün yatmazdan əvvəl adi qəlyanaltıdır. Lakin bu yüksək yağlı, yüksək şəkərli qidalar qastroezofageal reflü xəstəliyinə səbəb ola bilər. Bu, mədə turşusunun özofagusa axdığı bir vəziyyətdir. Bundan başqa, şirniyyatlar insulinin təsiri nəticəsində qanda şəkərin səviyyəsini artırır. Bu da nəinki həyəcanın artmasına və yuxu problemlərinə, eyni zamanda müxtəlif xəstəliklərin, məsələn, şəkərli diabetin inkişafına səbəb ola bilər”, – mütəxəssislər deyir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.