“Dünya ictimaiyyəti Yaxın Şərqdə və Şimali Afrikada xrsitinaların təqib olunmasının qarşısını almaq üçün konkret addımlar atmalıdır. Problemin həlli üçün beynəlxalq səviyyədə “səsi ucaltmaq” lazımdır”.
Azpost.info bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya24” telekanalına müsahibəsində deyib.
Lavrov bildirib ki, yüz minlərlə xristian Yaxın Şərqdən qaçmağa məcbur olub. Xüsusilə Suriyadakı xristianlar əzab çəkir: “Suriya xrisitanlığın beşiklərindən biridir”.
XİN rəhbəri deyib ki, Qərb islamofobiya və xristianofobiyaya qarşı deklarasiyanın qəbul olunmasına mane olur.