Ötən gün 156 toyda yoxlama aparılıb –83 nəfər 55 min manat cərimə olunub

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri iyulun 23-də Bakı şəhərində və respublikanın digər ərazilərində 156 toy şənliyinin monitorinqini həyata keçiriblər.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, monitorinq 99 şadlıq sarayında, 2 kafe və restoranda, 55 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə bir nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi açılıb. Həmçinin 2 şəxs (1 vəzifəli və 1 fiziki) barəsində materiallar baxılması üçün məhkəməyə göndərilib. Bundan başqa, 83 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən 55 min 500 manat məbləğində cərimələnib. COVID-19 pasportu olmadığına görə 741 nəfər şənliyə buraxılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

20 yaşlı qız Bulvarda intihar edib

Sonrakı məqalə

“Yaxın Şərqdə xristianlar təqib olunur, səsimizi ucaltmalıyıq” –