Yayın istisində avtomobildə ən çox sıradan çıxan 5 detal– Sürücülərə xəbərdarlıq

Avtomobil
Avtomobil

Yüksək hava temperaturu yalnız insan sağlamlığına deyil, avtomobillərin texniki vəziyyətinə də ciddi təsir göstərir. Xüsusilə 35-40 dərəcədən yuxarı temperaturda bəzi detallar daha tez sıradan çıxa bilər.

Azpost.info xəbər verir ki, Almaniyanın ADAC avtomobil klubunun mütəxəssisləri yay mövsümündə ən çox problem yaradan hissələrin akkumulyator, soyutma sistemi, təkərlər, mühərrik yağı və kondisioner sistemi olduğunu bildirirlər.

Ən çox rast gəlinən problemlərdən biri akkumulyatorun zəifləməsidir. Bir çox sürücü yalnız qışda akkumulyatorun sıradan çıxdığını düşünsə də, isti hava onun xidmət müddətini qısalda bilər.

Digər risk radiator və soyutma sistemində yaranan nasazlıqlardır. Soyuducu mayenin səviyyəsinin aşağı olması mühərrikin həddindən artıq qızmasına səbəb ola bilər ki, bu da bahalı təmir xərcləri yaradır.

Yüksək temperatur təkərlərdə hava təzyiqinin artmasına da təsir edir. Mütəxəssislər uzun səfərdən əvvəl təkərlərin təzyiqini yoxlamağı tövsiyə edirlər.

Kondisionerin filtrlərinin vaxtında dəyişdirilməməsi həm soyutma qabiliyyətini azaldır, həm də salonda xoşagəlməz qoxuların yaranmasına səbəb olur.

Avtomobil ustaları bildirirlər ki, uzun yol səfərinə çıxmazdan əvvəl texniki baxış keçirmək və mühərrik yağını, soyuducu mayeni, əyləc sistemini yoxlatdırmaq sonradan yarana biləcək problemlərin qarşısını ala bilər.

S.Aydın

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.