Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Yelo Bank-Azərbaycan” nə üçün sanksiya siyahısına düşüb?  –

User 24 Aprel 2026 - 19:36
yelobnak02

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiya paketini açıqlayıb.

Azpost.info bildirir ki, fiziki və hüquqi şəxslərin yer aldığı bu sənəddə Azərbaycanın da adı keçir. “Yelo Bank-Azərbaycan” Aİ-nin sanksiya siyahısında yer alıb.

Bəs Bank nə üçün sanksiya siyahısına daxil edilib?

Avropa İttifaqı “Yelo Bank-Azərbaycan”a SWIFT-in Rusiya ekvivalenti olan Rusiya Bankının Maliyyə Mesajlaşma Sistemi (SPFS) ilə pul köçürmələrinə görə bu qadağanı tətbiq edib.

Sənəddə Yelo Bank Avropa Birliyinin məhdudlaşdırıcı tədbirlərini pozmaqda ittiham edilib.

“Yelo Bank” yaydığı rəsmi açıqlamada bəyan edib ki, Bank əvvəllər bu sistemə qoşulsa da, indi bu platforma ilə əməkdaşlıq rəsmi olaraq dayandırılıb və onun vasitəsilə heç bir əməliyyat aparılmır. “Bu məsələni həll etmək üçün müvafiq qurumlar və hüquqi orqanlarla rəsmi işlərə başlanılıb”-deyə açıqlamada vurğulanır.

Qeyd edək ki, adçıçəkilən sistem 2014-cü ildə ölkənin SWIFT-dn çıxarılması halında Rusiya banklarının əməliyyatları emal etməyə davam etməsini təmin etmək üçün yaradılıb. Rusiya kredit təşkilatlarına qarşı sektoral sanksiyalardan sonra hakimiyyət orqanları alternativ maliyyə mesajlaşma xidməti hazırlamağı nəzərdən keçirməyə başladılar.

SPFS-in aktuallığı 2022-ci ildə Rusiya maliyyə sektoruna qarşı yeni genişmiqyaslı məhdudiyyətlər və böyük bankların SWIFT-dən ayrılması fonunda artdı.

SPFS 2024-cü ilin yayından bəri Avropa sanksiyaları altındadır.

Mərkəzi Bankın sədrinin birinci müavini Vladimir Çistyuxin öz açıqlamasında bildirib ki, 20 ölkədən 557 bank və şirkət Rusiya Bankının Maliyyə Mesajlaşma Sisteminə (SPFS) qoşulub.

Həmçinin 20 ölkədən 159 qeyri-rezident bank və şirkət SPFS-ə qoşulub.

Qeyd etmək lazımdır ki, 1994-cü ildən ölkəmizdə fəaliyyət göstərən Yelo Bank əvvəlcə Ulper kommersiya bankı kimi fəaliyyətə başlayıb. 2002-ci ildə rebrendinqdən keçib və Nikoil Bank adlandırılıb.

2019-cu ildə bankın adı dəyişdirilərək Yelo Bank adlandırılıb.

2022-ci ilin mart ayına qədər Topaz Investment Limited MMC Yelo Bankın əsas səhmdarı olub.

Bankın birbaşa nəzarətçisi Rusiyanın Lukoil şirkətinin sahibi və Azərbaycan əsilli milyarder Vahid Ələkbərov sayılır.

Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən Vahid Ələkbərov nəzarəti altında olan bir sıra aktivləri başqalarına ötürüb.

2022-ci ilin mart ayından bəri Marina Kulişova Yelo Bankın birbaşa nəzarətçisidir. Marina Kulişova nizamnamə kapitalına (378 milyon manat) görə Azərbaycanın ikinci ən böyük bankı olan Yelo Bankın 98,94%-nə sahibdir.

Marina Kulişova 2008-ci ildən Yelo Bank-ın Müşahidə Şurasının üzvü, 2016-cı ildən isə Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərir. O, Qərb Universitetində (indiki Qərbi Kaspi Universiteti) makro və mikroiqtisadiyyat fakültəsi üzrə bakalavr, habelə, “Nottingham Trent University”-də biznes üzrə bakalavr və magistr təhsili alıb.

AzPost.az

Post navigation

Previous: Avropa İttifaqı İrana qarşı müharibəyə görə 25 milyard avro itirib
Next: Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilir

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26

xƏBƏR

erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri...
Read more about Ərdoğan sabah Qarabağa gəlir
Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.