“Yeltsin nə qədər desən içə bilirdi, amma…” –

Sabiq prezident Kravçuk Rusiyalı həmkarından danışdı
09 İyul 2020 - 21:41

“Yeltsin nə qədər desən içə bilirdi. Amma o heç vaxt aydın fikrini və məntiqi itirmirdi”.

Azpost.info bildirir ki, bu sözləri Ukraynanın ilk prezidenti Leonid Kravçuk jurnalist Qordona verdiyi müsahibəsində Rusiyalı həmkarı ilə münasibətlərindən danışarkən deyib.

“Ayrı vaxt içkidən dili topuq da vururdu. Hətta yanındakıların kim olduğunu da qarışdırırdı. Soruşurdu “sən kimsən?” Tutaq ki,  deyirdin “Nazarbayevəm”, yaxud “Kravçukam”. Deyirdi “aha, yaxşı…” Ancaq stolda oturub iş barədə danışan kimi tamam başqa adam olurdu.Mən heyrətlənirdim: Bu vəziyyətdə olan adam necə belə aydın düşünə və situasiyanı analiz edə, Rusiyanın maraqları üçün lazım olan mövqeyi müdafiə edə  bilir?” –deyə Kravçuk bildirib.

O deyib ki, Yeltsin stolda ona içmək üçün israr edən zaman stəkana su doldurub qaldırırmış: “Mən heç vaxt 150 qramdan artıq içməmişəm. Gəncliyimdə içki iki dəfə xoş olmayan xatirəm var”.

Kravçuk qeyd edib ki, Yeltsinin ətrafında ona xidmət edən personal onun belə çox içməsindən çox narahat olurdular: “Tibb bacıları, həkim göz yaşları içində deyirdilər ki, belə olmaz…Həkim gəlib xahiş edirdi ki, daha içmək lazım deyil”.

Kravçuk maraqlı bir detalı da qeyd edib: “Burada məsələ nədədir? Hamı içə bilər, hətta həddi keçə də bilər. Amma Qorbaçovdan fərqli olaraq Yeltsini heç vaxt ətrafına qarşı kobudluq etdiyini görmədim. Qorbaçov kimi heç vaxt ana söyüşü söymürdü, hamıya “siz” deyə müraciət edirdi. İşlə bağlı stola oturan kimi o Prezident Yeltsinə çevrilirdi”.

Sabiq prezidentin sözlərinə görə, Yeltsinin güclü iradəsi var idi və özünü normal iş qabiliyyətinə kökləyə bilridi: “O, işlə bağlı müzakirə başlayan kimi tam ayıq bir adama çevrilirdi.  Yeltsinin sərxoş imici barədə çox danışırlar. Bu doğru deyi. Yeltsin çox içəsə də sükanı heç vaxt əlindən buraxmırdı”.  

Azpost.info