Yemək yeyərkən smartfonlara baxmayın! –Alimlərdən xəbərdarlıq

Yemək yeyərkən smartfonlara baxmayın!

Alimlər yemək süfrəsi ətrafında oturarkən smartfonlardan istifadə etməməyi tövsiyə edib.

Azpost.info “Daily Mail”ə istinadən bildirir ki, Çester Universitetinin fiziologiya üzrə baş müəllimi Qaret Nye xəbərdarlıq edib ki, smartfonlarda zərərli mikroblar nahar süfrənizə düşə bilər. Bunlar qida zəhərlənməsindən dəri infeksiyalarına qədər hər şeyə səbəb ola bilən bakteriyalardır.

“Bunlar əsasən ishal, qusma və digər mədə pozğunluğu kimi mədə-bağırsaq xəstəlikləridir. Bununla belə, immun sistemi zəif olan insanlarda sepsis və ya pnevmoniya kimi çox ciddi infeksiyalara səbəb ola bilər” – deyə doktor izah edib.

Q.Nye “Comare & Recycle” jurnalına smartfonda ola bilən bəzi bakteriya növləri haqqında danışıb.

“Bu, sahibinin nə işlə məşğul olmasından asılıdır. Səhiyyə işçiləri, hətta cəbhə xəttində işləməsələr də, bir sıra bakteriya yetişdirə bilərlər. Bunlardan ən çox yayılanı Pseudomonas aeruginosa (ağır tənəffüs və ya dəri infeksiyalarına səbəb ola bilər) və Acinetobacter baumannii (meningitə səbəb ola bilər) . Qeyri-tibb işçiləri də telefonlarında bakteriya daşıyırlar. Ən çox yayılmış spor bakteriyalarıdır. Qida zəhərlənməsi və digər mədə-bağırsaq problemlərinə səbəb olur. Demək olar ki, bütün telefon səthlərində təhlükəli E. coli və nəcislə bağlı streptokok bakteriyaları ola bilər”-deyə alim vurğulayıb.

Doktor Nyenin sözlərinə görə, bu bakteriyalar adətən öz əlimizlə smartfonlarımıza daxil olur: “Hər gün biz 150-yə yaxın müxtəlif obyektə toxunuruq”.

Yerigəlmişkən:

Doyurucu, dadlı və sağlam səhər yeməyi şən və enerjili bir günün açarıdır. Əksər insanlar səhər yeməyinin bir növ simvoluna çevrilmiş qayğanaqa üstünlük verilir.

İnsanlar səhər yeməyinə niyə qayğanaqı seçirlər?

O, tez hazırlanır. Onu hazırlamaq üçün çoxlu məhsullar və fəndlər tələb olunmur. Görünüşü iştah açır.

Bütün yuxarıda deyilənlərə baxmayaraq, sual yaranır: hər səhər qayğanaq yemək düzgündür?

Bişmiş yumurtanın faydaları və zərərləri

Əvvəla, demək lazımdır ki, yumurta çox sağlam məhsuldur, düzgün hazırlandıqda qiymətli xüsusiyyətlərini itirmir. Toyuq yumurtası bədən üçün lazım olan maddələri ehtiva edən maksimum protein mənbəyidir: fosfor, sink, dəmir, maqnezium, A, E, B12, B3, D vitaminləri ilə zəngindir.

Yumurta həmçinin əsas və vacib antioksidant olan selenium ehtiva edir. Belə bir vitamin və mineral tərkibinə əsaslanaraq deyə bilərik ki, hər gün yumurta (qızardılmış yumurta, o cümlədən) yemək nəinki zərər verməyəcək, həm də çox faydalı olacaq. Üstəlik, yumurta pəhriz məhsuludur. Bir yumurtanın kalori miqdarı 86-dır.

Ancaq burada qeyd edək ki,  yağda qızardılmış yumurtaya əlavə edilmiş ədviyyatlara (duz / istiot / göyərti) görə yeməkdə daha yüksək göstəriciyə çata bilər. Əgər siz hələ də çəkinizə nəzarət edir, amma qayğanaqdan da imtina etmək istəmirsinizsə, onda bu yeməyi zeytun yağı kimi aşağı kalorili yağda bişirin.

Yumurta faydalıdır – bir faktdır. Lakin tədqiqatçılar arasında hələ də toyuq yumurtasının qanda xolesterol səviyyəsinə təsir edib-etməməsi ilə bağlı mübahisələr var. Yumurta ağında doğurdan da xolesterol var, buna görə də onun istifadəsi məhdud olmalıdır.

Hər səhər bişmiş yumurta yemək və yayeməmək sizin seçimə bağlıdır. Amma unutmayın ki, yemək təkcə zövq deyil, həm də fayda gətirməlidir.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.