“Rusiya yeni ərazilər axtarışında deyil, çünki onsuz da dünyanın ən böyük ölkəsidir”.
Azpost.info xəbər verir ki, bunu Valday Forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib.
O bildirib ki, Rusiyanın qarşısında hələ də Sibir və Uzaq Şərqi inkişaf etdirmək vəzifəsi durur.
“Donbasda on ildir müharibə gedirdi. Xüsusi hərbi əməliyyat onu dayandırmaq üçün idi. Ukrayna böhranı ərazi münaqişəsi deyil, çünki Rusiya heç bir ərazini zəbt etməkdə maraqlı deyil. Biz hələ də Sibiri, Şərqi Sibiri, Uzaq Şərqi inkişaf etdirməliyik”, – Putin qeyd edib.
Azpost.info