Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə hazırlıq tədbirləri davam etdirilir.
BŞİH-dən APA-ya verilən məlumata görə, hazırlıq çərçivəsində şəhərin müxtəlif yerlərində şam ağacları və dekorativ bəzək əşyaları qurulub, paytaxt ərazisində bayram əhval ruhiyyəsi yaradılıb. Əlavə olaraq rayon ərazilərində bayram əhval ruhiyəsinin ən yüksək səviyyədə təşkil edilməsi məqsədilə Bakı şəhərinin Rayon İcra Hakimiyyətlərinə müvafiq tövsiyələr verilib: “Bildiyiniz kimi, bu il Azadlıq meydanında “Formula 1” yarışlarının konstruksiyalarının mövcudluğuna görə şam ağacı qurulması mümkün olmadı. Neftçilər prospekti boyunca və “Azneft” dairəsində isə dekorasiya işləri tamamlanmaq üzrədir. Yeniliklər barədə ictimaiyyətə məlumat veriləcək”.