Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Yeni ildən avtomobillər ucuzlaşacaq?

User 01 Dekabr 2025 - 15:32 (Last updated: 01 Dekabr 2025 - 11:42)
Avtomobil bazarı

Avtomobil bazarı

“Avtomobil bazarındakı qiymətlər təkcə ölkəmizlə bağlı deyil, ilk növbədə beynəlxalq bazardakı metalın qiymətinin artımı ilə əlaqədardır”.

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

AQC sədri əlavə edib ki, Amerika Birləşmiş Ştatları ilə Çin arasında bu istiqamətdə çox böyük qarşıdurma gedir:

“Xaricdən gələn materiallara qoyulmuş böyük gömrük rüsumları metalın bazar dəyərinin bahalaşmasına səbəb olur. Metalın qiymətinin artması isə dünyada avtomobillərin qiymətinə təsir göstərir və tendensiya qiymət artımı istiqamətindədir. Çin istehsalı nə qədər ucuz başa gəlsə və dünyada avtomobillərin qiymətlərinin aşağı salınmasına təsir göstərsə də, yenə də bazarın tənzimlənməsi ilə bağlı Avropa dövlətləri və ABŞ-nin tətbiq etdiyi böyük gömrük rüsumları son nəticədə Çini məcbur buraxacaq ki, ucuz işçi qüvvəsi və xammala hazırladığı avtomobilləri daha baha qiymətə bazara satsın.

Azərbaycanda 10 ildən artıq istismar olunmuş avtomobillərə vergi rüsumlarının artırılması barədə qərar qəbul olunmuşdu. Ondan sonra belə bir fikir var idi ki, məhz ikinci əl avtomobillərin qiymətlərinin müəyyən qədər azalması müşahidə olunacaq. Çünki daha çox tələb yeni avtomobillərə olacaq. Amma nəzərə alsaq ki, sosial iqtisadi problemlər ucbatından əhalinin böyük bir əksəriyyəti yeni avtomobillərə yox, ikinci əl avtomobillərinə üz tutur. Bu, bazara o qədər də böyük təsir göstərmədi.

Bunun ardınca isə hökumətin qəbul etdiyi qərar, hibrid avtomobillərə tətbiq edilən güzəştli gömrük rüsumunun aradan qaldırılması qiymətlərin artmasına səbəb oldu. Həm beynəlxalq amil, həm də daxili bazarla bağlı hökumətin qəbul etdiyi qərar son nəticədə qiymət artımı ilə nəticələnir.

Hazırda əhalinin böyük əksəriyyəti Çin avtomobillərinə üz tutur və bu avtomobillərin bazardakı payı artır və digər avtomobillərin avtomatik olaraq payı azalır. Amma 2026-cı ildə verilmiş iqtisadi proqnozlar göstərir ki, avtomobillərin qiymətində qiymət azalması olmayacaq. Çünki bazar passiv olsa da, avtomobillərin gətirilmə xərcləri, gömrük rüsumları, habelə satış qiymətləri onların qiymətinin artımına səbəb olur”.

AzPost.az

Post navigation

Previous: Britaniyada Neolit dövrünə aid qalıqlar tapılıb
Next: Çin alimləri havadan içməli su istehsal edən qurğu hazırlayıb

Oxşar xəbərlər

rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00

xƏBƏR

rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə həbs edilib. Bu barədə Nizami Rayon Məhkəməsi qərar qəbul edib. Qərara...
Read more about Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır asteroid zerbe
  • Maraqlı

Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır

User 25 Oktyabr 2026 - 19:47
İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək? hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.