Yeni Kaledoniyada vəziyyət ağırlaşıb

Yeni Kaledoniyada etirazlar səngisə də, həyat daha da ağırlaşıb.

Bu barədə “Boursorama” saytı məlumat yayıb. Bildirilir ki, ötən gecə Numeaya əlavə min nəfər silahlı qüvvə göndərilib. Rəsmi qurumlar gün ərzində əlavə qüvvələrin də gələcəyini bildiriblər.

Ticarət şəbəkələri və səhiyyə müəssisələrinin fəaliyyətində ciddi çətinliklər yaranıb. Numeada fəaliyyət göstərən bir neçə mağazanın qarşısında uzun növbələr yaranıb. Yeni Kaledoniya Ticarət Palatasının sədri David Qyen bildirib ki, anbarların və ticarət mərkəzlərinin 90%-i işləmir.

Numea xəstəxanasının nümayəndəsi deyib ki, ötən gün dünyasını dəyişən 4 nəfərdən üçünün ölüm səbəbi tibbi yardımın əlçatan olmamasıdır.

Fransanın ədliyyə naziri Erik Düpon-Moretti “iğtişaş törədənlərə qarşı maksimum dərəcədə ciddi olmaq” barədə tapşırıq verib. Nazir saxlanılan şəxslərin mühakimə olunmaq üçün metropoliyaya (Fransanın Avropadakı ərazisi – red.) gətiriləcəyini bildirib.

Əvvəlki məqalə

Bakıda qəzaya görə mərkəz istiqamətində sıxlıq yaranıb

Sonrakı məqalə

Prezident İlham Əliyev və Lukaşenko Şuşaya səfər ediblər