II Çarlz kral olduqdan sonra ilk dəfə Bukinqem Sarayına gəlib.
“Sky News“ın verdiyi xəbərə görə, o, Bukinqem Sarayının darvazaları önündə avtomobilindən enib və oraya toplaşan insanlarla salamlaşıb.
Anası Kraliça II Elizabetin vəfatı ilə bağlı başsağlıqları qəbul edib.
O, Britaniya vaxtı ilə axşam saat 18-də Kral kimi ilk ümummilli televiziya çıxışını edəcək.