Şuşada Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 9-da Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisinin bərpa edildiyini bildirən ilk toplantısı keçirilib.

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, “Şuşa İli” çərçivəsində və görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə gerçəkləşən toplantıda mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, Azərbaycan və digər türkdilli ölkələrin elm, ədəbiyyat xadimləri, digər qonaqlar iştirak ediblər.

Əvvəlki məqalə

Ceyhun Bayramov Rusiyanın xüsusi nümayəndəsini qəbul edib

Sonrakı məqalə

Yeni kral Bukinqem Sarayının qarşısında xalqla görüşüb