Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, Rusiyaya qarşı onuncu sanksiyalar paketi 10 milyard avroluq məhdudiyyətləri nəzərdə tutur.
Azpost.info xəbər verir ki, o, yeni sanksiya paketinin fevralın 24-də – Rusiyanın Ukraynada hərbi əməliyyatının başlamasının ildönümüdə tətbiq ediləcəyini vəd edib.
“Onuncu sanksiyalar paketi yoldadır. 10 milyard avroluq məhdudiyyəti əhatə edəcək. Bu, yenə də genişmiqyaslı paket olacaq”, – Lyayen Kiyevdə Aİ-Ukrayna sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
Komissiya rəhbəri qeyd edib ki, yeni sanksiyalar paketində Aİ artıq qəbul edilmiş məhdudiyyətlərdəki boşluqları aradan qaldırmağa diqqət edəcək.
Azpost.info
