Yeni Zelandiya parlamentinin üzvləri iş cihazlarında, o cümlədən telefonlarında “TikTok” tətbiqindən istifadə etməməklə bağlı xəbərdarlıq məktubları alıblar.
Azpost.info xəbər verir ki, bu barədə “The Guardian” yazır.
Nəşrin məlumatına görə, Yeni Zelandiya Çin hökumətinin sosial şəbəkələr vasitəsilə deputatların məlumatlarına daxil ola biləcəyindən ehtiyat edir.
“Yeni Zelandiya hökuməti “TikTok” sahiblərinin Çin rəhbərliyi ilə əlaqəsinə əmindir. Buna görə də siyasətçilərə müvafiq tətbiqi silməyi, həmçinin olduqları yeri göstərən və izləmə imkanı yaradan bir sıra digər funksiyaları söndürməyi tövsiyə edirlər”, – məlumatda qeyd olunur.
Bu, Yeni Zelandiyada sosial şəbəkədən gələn təhdidlərlə bağlı ilk xəbərdarlıq deyil. Hələ 2020-ci ildə ölkə parlamentinin nümayəndələri “TikTok”u silməklə bağlı oxşar tövsiyələr almışdılar. Eyni zamanda, dövlət polis məmurlarına rəsmi cihazlarda bu tətbiqdən istifadəyə qadağa qoyub.
Azpost.info
