“Yenidən yüksələn İŞİD-lə mübarizəyə kömək edəcəyik”-

Bayden
27 İyul 2021 - 00:21
President Joe Biden speaks on the economy in the Roosevelt Room of the White House, Saturday, Feb. 27, 2021, in Washington. (AP Photo/Pablo Martinez Monsivais)

ABŞ İraqla sonrakı əməkdaşlığını bu ölkənin güc strukturlarının təliminə və İŞİD-lə mübarizə istiqamətində cəmləşdirəcək.

“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.

“Düşünürəm ki, işlər yaxşı gedir, İraqdakı rolumuz təlimlərə kömək etmək, yenidən yüksələn İŞİD-lə mübarizəyə kömək etməkdən ibarət olacaq, amma heç bir hərbi missiyada iştirak etməyəcəyik”, – deyə Bayden Ağ Evdə İraqın Baş naziri Mustafa əl-Kazemi ilə görüşdə deyib.