Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Hadisə

Yeniyetmə mübahisə zamanı nənəsini bıçaqlayaraq öldürdü

Orkhan Ali 14 Noyabr 2025 - 13:40 (Last updated: 14 Noyabr 2025 - 12:51)
1

Rusiyanın Kemerovo vilayətində 16 yaşlı yeniyetmə öz nənəsini qətlə yetirməkdə şübhəli bilinərək barəsində cinayət işi başlanıb. Hadisə noyabrın 10-da Silino kəndində baş verib. AzPost xəbər verir ki, məlumatı regionun İstintaq Komitəsi yayıb.

İlkin məlumatlara görə, ailə üzvləri arasında məişət zəminində mübahisə yaranıb. Münaqişə zamanı yeniyetmə nənəsinə arxadan bıçaqla zərbə endirib. Daha sonra o, hadisə yerindən qaçıb, lakin qısa müddət sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Qadın aldığı ağır xəsarət səbəbilə hadisə yerində dünyasını dəyişib.

Şübhəli istintaq orqanlarına təhvil verilib və dindirmə zamanı baş verənlərlə bağlı ətraflı ifadə verib. Məhkəmənin qərarı ilə yeniyetmə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hadisə yerində istintaqçılar və kriminalistlər tərəfindən baxış keçirilib, cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb. Şahidlər dindirilib, bir sıra məhkəmə ekspertizaları təyin edilib.

Bundan əlavə, yeniyetmənin hadisə anındakı psixi vəziyyətini müəyyən etmək üçün kompleks psixoloji-psixiatriya ekspertizasının aparılması qərara alınıb. Cinayət işi üzrə istintaq davam edir.

AzPost.az

Post navigation

Previous: “Səs” qəzeti fəaliyyətini dayandırdı –
Next: Qara dənizdə yeni təhlükəli növ aşkarlanıb

Oxşar xəbərlər

yangin
  • Hadisə

Bakıda restoranda yanğın olub – VİDEO

Orkhan Ali 21 Oktyabr 2026 - 09:53
MOTOXULİQANLIQ
  • Hadisə

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb

User 08 Oktyabr 2026 - 15:55
  • Hadisə

Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib

User 18 Sentyabr 2026 - 12:23

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.