Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsi yekunlaşır –

User 21 Oktyabr 2024 - 08:30 (Last updated: 21 May 2025 - 20:15)
ze01

“Oriqami“  uşaq və yeniyetmələr ictimai birliyi bildirir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində Sabunçu rayonu Maştağa, Nardaran və Bilgəh qəsəbələrində “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar”  layihəsinin icrası tamamlanmaq üzrədir, hal-hazırda məktəblərdə yekun tədbirlər keçirilir.

Bu barədə layihə rəhbəri N.Nəcəfov məlumat verib. Onun sözlərinə görə, “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin Fəaliyyət Planına uyğun olaraq 18 oktyabr 2024-cü il ildə “Oriqami” QHT Sabunçu rayonu Maştağa qəsəbəsi C.Cabbarlı adına 187 № li tam orta məktəbdə  yekun tədbir keçirib. 18.10.2024-cü il saat 15-00- da məktəbin VI, VII, VIII sinif şagirdlərindən ibarət 47 nəfər  şagird idman zalına  toplaşıblar. Məktəbin Fiziki tərbiyə muəllimləri O.Bağırov, T.Quliyev yekun tədbirin keçirilməsi üçün idman zalını hazırlayıb, əlavə masa və stullar  qoyulmuş, zalda təmizlik yaradılıb. Masaların üstünə şahmat  və domino dəstləri qoyulub.

“Oriqami ” təşkilatı yekun tədbirdə məktəblilərin rəğbətləndirilməsi üçün  Roll up gətirib, 20 dəst loqolu papaq və loqolu qısaqol köynək, 20 ədəd  iştirakçı Sertifikatı, Vımpe l, 11 dəst Şahmat,11 dəst domino və 5 dəst digər ölçudə şahmat, 20 ədəd hədiyyə çantası və 2 mütəhərrik oyun dəstləri – İnteraktiv  “Çarpaz qollar” və Böyük Domino” oyun və əyləncə dəstləri gətirib. Yekun tədbiri giriş sözü ilə 130 № li tam orta məktəbin məktəbdənkənar və sinifdənxarıc tərbiyə üsrə təşkilatçı X.Məhərrəmova açdı. O, şagirdlərin layihənin icrasında fəallığını qeyd etdi, onlara asudə vaxtdan səmərəli istifadə etməyi və  intellektual səviyyələrini artırmağı tovsiyyə etdi. Tədbirdə layihə rəhbəri N.Nəcəfov çıxış etdi. O dedi ki, layihə məktəblilərin davamlı inkişafı məqsədini daşıyır.Şagirdlərə intellektual səviyyələrini artırmağa kömək edir.

Sonra  yekun tədbirdə iştirak edən 47 şagird öz maraqlarına görə  şahmat oyununa, böyük domino, qruplara bölünüb komanda domino yarışına qatıldılar..Bir qrup şagird çarpaz qollar ətrafında toplaşdılar və böyük həvəslə yarışmağa başladılar. C.Cabbarlı adına 187 № li tam orta məktəbin 47 şagirdinə “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar”  layihəsinin yekun tədbirində hədiyyələr təqdim edildi. Hədiyyələrin təqdim olunmasında   məktəbin direktoru G.Hənifəyeva, TTDM T.Cəbiyeva, UBTR X.Məhərrəmova, F/t tərbiyə müəllimləri O.Bağırov, T.Quliyev iştirak etdilər. Yekun tədbirin sonunda layihə rəhbəri N.Nəcəfov pedaqoji heyətə və məktəblilərə təhsildə uğurlar arzuladı.

Post navigation

Previous: Moldova seçicilərinin 55%-i Avropa İttifaqına qoşulmağın əleyhinə çıxıb
Next: Naxçıvanda müharibə veteranları ilə görüş keçirilib –

Oxşar xəbərlər

rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.