Yevlaxda insanlara ağlasığmaz şərtlərlə pul verən sələmçi həbs edilib.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.
“Sələmçi Qiyas” adı ilə Yevlaxda tanınan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Bu şəxs vətəndaşlara 500 manat borc qarşılığında 5 min, 1000 manata qarşı 10 minlik borc müqaviləsi imzalatdırırıb.
Onlarla zərərçəkmiş var. Maddi zərərin məbləği 300.000 manatdan artıqdır. Onun barəsinə cinayət işi qaldırılaraq həbs edilib.
Polis zərəçəkənləri Rayon Polis Şöbəsinə müraciət etmələrini tövsiyə edib.