Yol Polisi küləkli hava ilə əlaqədar sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin küləkli olması ilə bağlı hərəkət iştirakçılarına müraciət  edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, hazırda respublika ərazisində müşahidə olunan  güclü küləkli hava şəraitini nəzərə alaraq sürücülərin nəqliyyat vasitələrini hündür mərtəbəli binaların yaxınlığında, eyvanların altında və aşmağa meyilli ağacların ətrafında park edilməsi olduqca təhlükəlidir.

V. Əsədov qeyd edib ki, sürücülər hərəkətdə olan zaman hava şəraiti ilə bağlı baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması həmçinin yarana biləcək təhlükəli vəziyyətlərdə özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün yollarda müəyyən edilmiş surət həddinə və yol nişanlarının tələblərinə ciddi əməl etməli, ötmə və manevr hərəkətləri edən zaman daha da diqqətli olmalıdırlar: “Vətəndaşların həyat və sağlamlığının qorunması, avtomobillərinə ziyan dəyməməsi üçün bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı və vacib olmadığı halda avtomobildən istifadə etməmək tövsiyə olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Son sutkada 403 nəfər COVID-19-a yoluxub-

Sonrakı məqalə

Böyük Britaniyada 22 milyon insana peyvəndin birinci dozası vurulub