Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı çağırış edib

User 24 May 2026 - 20:58 (Last updated: 24 May 2026 - 20:58)
yollar bağlanacaq

yollar bağlanacaq

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə və piyadalara çağırış edib.

İdarədən  verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, 25-26 may tarixində Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bəzi bölgələrində fasilələrlə intensiv yağış, güclü külək və şimşək müşahidə olunacaq.

 

Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensivləşməsi, dolu düşməsi və dağlıq ərazilərdə qar yağması ehtimalı var.

Qeyd edilib ki, belə hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərərək qəza riskini artırır. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını daha diqqətli olmağa çağırır: “Sürücülərə tövsiyə olunur ki, hərəkət sürətini hava və yol şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırsınlar, kəskin manevrlərdən və əsassız ötmələrdən çəkinərək nəqliyyat vasitəsini ehtiyatla idarə etsinlər. Görünmə məsafəsinin azaldığı hallarda işıq cihazlarından düzgün istifadə edilməli, uzaq işıqlar qarşıdan gələnlərə mane olmayacaq şəkildə tənzimlənməlidir. Piyadalar isə yolu yalnız müəyyən olunmuş keçidlərdən keçməli, məhdud görünmə şəraitində xüsusilə ehtiyatlı davranmalıdırlar. Xüsusilə küləkli hava şəraitində moped, motosiklet və skuter sürücüləri daha diqqətli olmalı, mümkün hallarda hərəkəti məhdudlaşdırmalıdırlar. Güclü külək bu nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və aşma riskini artırır. Unutmayaq ki, mövcud hava şəraitində hər bir məsuliyyətli davranış mümkün yol-nəqliyyat hadisələrinin qarşısını almağa xidmət edir”.

AzPost.az

Post navigation

Previous: Fransa miqrantlara 3 illik qadağa tətbiq etməyi planlaşdırır
Next: 5 NATO ölkəsi Ukraynaya yardımla bağlı təklifi bloklayıb

Oxşar xəbərlər

teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00

xƏBƏR

hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
“Figaro” və “Le Monde” qəzetləri, demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edirlər“. Oxu.Az xəbər...
Read more about “Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.