Yol polisinin rüşvət alması ilə bağlı yayılan videogörüntü araşdırılır –AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə Yol Patrul Xidməti (YPX) əməkdaşının rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib. BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Report”a bildirib ki, faktla bağlı araşdırmalara başlanılıb.

“Araşdırmaların nəticəsinə uyğun olaraq, inspektorların hərəkətlərinə hüquqi qiymət veriləcək”, – o deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhərinin Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən “Qoşa Park” yaşayış kompleksinə daxil olan sürücünün qaydaları pozduğu və bu an onu təqib edən polis maşınının yaxınlaşaraq rüşvət aldığı ilə bağlı videogörüntü yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

20 il əvvəl Ermənistan parlamentini gülləbaran etmiş Unanyan Paşinyana məktub yazıb

Sonrakı məqalə

“Atam fotoları Primakovun üstünə atıb “korsan? Bu qədər öləni görmürsən?”-deyə qışqırmışdı” –