20 il əvvəl Ermənistan parlamentini gülləbaran etmiş Unanyan Paşinyana məktub yazıb

Ermənistan parlamentində 1999-cu il oktyabrın 27-də terror aktı törədən silahlı qruplaşmanın rəhbəri Nairi Unanyan baş nazir Nikol Paşinyana məktub yazıb.

Modern.az xəbər verir ki, 8 yüksək vəzifəli şəxsin ölümü ilə nəticələnən insidentin səbəbkarının hökumət rəhbərinə nələr yazdığı məlum deyil.

“Qrapark” (Meydan) qəzeti isə öz mənbələrinə istinadla xəbər verir ki, Nairi Unanyan Baş Prokurorluğun parlamentə hücumla bağlı cinayət işini yenidən açmasını alqışlayıb.

O cinayətin təşkilatçıları ilə bağlı yeni ifadə verməyə hazır olduğunu elan edib. Xatırladaq ki, Ermənistan parlamentinə hücum zamanı baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçiyan daxil olmaqla, 8 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zelenski Baş Nazirin istefa ərizəsini qəbul etməyib

Sonrakı məqalə

Yol polisinin rüşvət alması ilə bağlı yayılan videogörüntü araşdırılır –