Yoluxmanın artması ilə xəstəxanalarda yer çatışmazlığı yaşana bilər –TƏBİB-dən xəbərdarlıq

“Dünən 2239 nəfər koronavirusa yoluxub, 1217 nəfər sağalıb”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri

Yaqut Qarayeva bildirib. Qarayeva deyib ki, yoluxan və sağalan xəstələr arasında fərq nəticəsində gələcəkdə xəstəxanalarda yer çatışmazlığı yaşana bilər: “Bu gün artıq biz 13 min test apara bilirik, əvvəllər bu rəqəm 5 min ətrafında idi”.

TƏBİB-in departament müdiri qeyd edib ki, yoluxmanın artması nəticəsində gündəlik ölənlərin sayı da 25 nəfərə çatır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Orduda koronavirusa kütləvi yoluxma baş verməyib” –

Sonrakı məqalə

Ermənilər Füzuli şəhər qəbiristanlığını dağıdıb