“YouTube”un keçmiş direktoru dünyasını dəyişib

“YouTube” videohostinqinin keçmiş icraçı direktoru Suzan Voyçiski 57 yaşında vəfat edib.

Azpost.info xəbər verir ki, bu barədə “Google”ın baş direktoru Sundar Piçai X-də bildirib.

O, iki illik xərçənglə mübarizədən sonra dünyasını dəyişib.

Piçai itkidən inanılmaz dərəcədə kədərləndiyini bildirib: “O, dünyaya dərin təsir göstərən inanılmaz insan, lider və dost idi “.

Suzan 2014-cü ildən 2023-cü ilə qədər doqquz il “YouTube”a rəhbərlik edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.