“Yuventus”un oyunçusu Paulo Dibala zədələnib

İtaliyanın “Yuventus” futbol klubunun aparıcı futbolçularından olan Paulo Dibala zədələnib.

AZƏRTAC İtaliya mətbuatına istinadla xəbər verir ki, 26 yaşlı argentinalı yarımmüdafiəçi A Seriyasının 36-cı turunun “Sampdoriya” ilə matçında (2:0) zədələnib. Dibalanın ən tez 10 gündən sonra komanda ilə məşqlərə qoşulacağı bildirilir. Argentinalı hücumçunun UEFA Çempionlar Liqasında “Lion”la matçda iştirakı da sual altındadır.

Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin “Yuventus” – “Lion” cavab matçı avqustun 7-də oynanılacaq. Komandalar arasında Fransada keçirilən ilk görüşdə “Lion” 1:0 hesabı ilə qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mühafizəçi yeddinci mərtəbədən yıxılan uşağın həyatını xilas etdi

Sonrakı məqalə

“Əqidə mənim üçün qumar daşı deyil” –