Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Yuxusuzluq yeniyetmələrin beyninə və davranışına necə təsir edir?

User 10 İyun 2025 - 10:14 (Last updated: 10 İyun 2025 - 10:14)
yuxusuzluq

Yeniyetmələrdə yuxu keyfiyyəti və müddətinin beyin fəaliyyətinə və gələcək davranış problemlərinə təsiri Corciya Universitetində aparılan yeni bir araşdırmada müəyyənləşdirilib.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, “Brain and Behavior” jurnalında dərc olunan tədqiqat yuxu çatışmazlığının gənclərdə qərar qəbuletmə, özünü dərketmə və məlumat emalı kimi funksiyalarda iştirak edən beyin bölgələri arasında neyron əlaqənin zəifləməsi ilə bağlı olduğunu ortaya qoyub. Sözügedən neyron əlaqələrdəki pozulmalar isə depressiya, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DEHB), eləcə də şizofreniya kimi psixi pozuntularla əlaqələndirilir.

UGA Ailə və İstehlak Elmləri Kollecinin professoru və tədqiqatın müəllifi Assaf Oshri qeyd edir: “Yuxu uşaqların psixi sağlamlığını qorumağa və emosional özünü tənzimləməyə kömək edir”. O bildirir ki, yuxu müddəti və səmərəliliyi ilə beyin şəbəkəsi bağlantısının nümunələri arasında əhəmiyyətli korrelyasiya müşahidə olunub və bu amillər davranış problemlərinin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır.

Tədqiqat ABŞ-da həyata keçirilən, uşaq beyin inkişafı və sağlamlığı üzrə ən genişmiqyaslı, uzunmüddətli layihə olan Adolesan Beyin və Koqnitiv İnkişaf Araşdırması çərçivəsində əldə edilən məlumatlara əsaslanır. Ümumilikdə 2800-dən çox yeniyetmənin yuxu vərdişləri iki həftə ərzində Fitbit cihazları vasitəsilə obyektiv şəkildə izlənilib və bu məlumatlar MRT görüntüləmələri ilə müqayisə olunub. Valideynlərin verdiyi məlumatlar əsasında ikinci və üçüncü illərdə yeniyetmələrin davranış profilləri də təhlil edilib.

Tədqiqatın nəticələrinə görə, daha az beyin əlaqəsi nümayiş etdirən uşaqlar arasında impuls nəzarətində zəiflik, aqressivlik və davranış pozuntuları daha çox müşahidə olunub. Oğlanlar, yaşca daha böyük uşaqlar və etnik azlıqlardan olan yeniyetmələrdə yuxu müddətinin daha qısa olması və davranış problemlərinin daha sıx qeydə alınması bu qrupların daha yüksək risk altında olduğunu göstərir.

Tədqiqatın aparıcı müəlliflərindən biri olan Linhao Zhang bildirir: “Yeniyetməlik beynin inkişafı üçün son dərəcə kritik bir dövrdür. Keyfiyyətli yuxunun olmaması emosiyaların tənzimlənməsini və impulsların idarə olunmasını çətinləşdirə bilər”. L.Zhang əlavə edir ki, yuxunun təkcə müddəti deyil, keyfiyyəti də əsas əhəmiyyət kəsb edir: “Söhbət yalnız nə qədər yatmaqdan getmir. Əsas məsələ nə qədər yaxşı yatdığınızdır, yuxuya getmək nə qədər vaxt aldı, gecə neçə dəfə oyandınız?”…

Bu araşdırma yeniyetmələrdə yuxu keyfiyyətinin artırılmasına istiqamətlənmiş müdaxilələrin yalnız yuxu tənzimlənməsi ilə deyil, həm də uzunmüddətli psixi və davranış sağlamlığını qoruma baxımından əhəmiyyətlidir.

AzPost.az

Post navigation

Previous: Paşinyan yeni katolikos seçkiləri ilə bağlı müraciət edib
Next: Bir gündə 50 şübhəli saxlanıldı

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
Bir uşağın böyüməsi təkcə ərzaq və geyim almaqdan ibarət deyil. Bağça, məktəb, nəqliyyat, dərman, dərnəklər və il...
Read more about Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı
Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib putin uitkoff
  • Dünya

Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib

User 26 Oktyabr 2026 - 15:34
İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü qara deniz
  • Dünya

Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü

User 26 Oktyabr 2026 - 14:18
Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı zelenski
  • Dünya

Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı

User 26 Oktyabr 2026 - 14:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.