“Zəngəzur dəhlizi açılarsa Ermənistanla münasibətləri inkişaf etdirməyə hazırıq” –ƏRDOĞAN

Türkiyə Ermənistandan ağıl və reallığa əsaslanan, sülh, təhlükəsizlik və rifaha yönəlmiş bir siyasət gözləyir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

O qeyd edib ki, Ermənistan başda Zəngəzur dəhlizinin açılması olmaqla, vədləri yerinə yetirərsə, Türkiyə münasibətləri addım-addım inkişaf etdirməyə hazırdır.

Ərdoğan, həmçinin, İranı “regionda sülh və sabitliyin bərqərar olması üçün siyasi və iqtisadi addımların yolunu açacaq bu tarixi layihədə ( Zəngəzur dəhlizinin açılması -red.) birlikdə hərəkət etməyə” çağırıb. (APA)

Əvvəlki məqalə

AZAL Təl-Əviv marşrutu üzrə reysi ləğv edib

Sonrakı məqalə

Ramzan Kadırov kürəkəninə ‘Kadırov ordeni’ verdi