Ermənistanın Geqarkun vilayətində rusiya sülhməramlıları yerləşdiriləcək.
Azpost.info bildirir ki, bu barədə Ermənistan ordusunun Baş qərargah rəisi Artak Davtyan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə proseslər gedir, son qərar barədə məlumat veriləcək. “Son qərar təkcə bizim arzumuzla deyil. danışıqlar gedir, bu danışıqlarda digər tərəf də iştirak edir”.
O bildirib ki, Rusiya tərəfi ilə danışıqlar aparılır.
Baş qərargah rəisi bildirib ki, Azərbaycan hərbçiləri tutduqları mövqelərində qalmaqda davam edir. “Hazırda heç bir insident baş vermir”.