“Kuklalar” filminin rejissoru Çingiz Rəsulzadə vəfat edib

Kinorejissor, dramaturq Çingiz Rəsulzadə vəfat edib.

Bu barədə “ButaFilm”in icraçı direktoru Vidadi Rüstəmov məlumat verib.

O, Ç.Rəsulzadənin bu gün Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcəyini deyib.

Ç.Rəsulzadə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb. (APA)

Rusiya istehsalı olan “Həyat haqqında mimlər” (2002) qısametrajlı bədii filminin və “Jestlər.. Barışıq” (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, “İkinci” qısametrajlı bədii filminin ssenari müəllifi, o cümlədən “Kuklalar” (2009) filminin quruluşçu rejissorudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zəngəzurda Azərbaycanla sərhəddə Rusiya sülhməramlıları yerləşdiriləcək –

Sonrakı məqalə

“Parlamentə getmək istəyim yoxdur, hələ qərar verməmişəm” –