“Zəngəzurda Azərbaycanla sərhədi Rusiya hərbi bazası qoruyacaq” –

Paşinyan
14 Aprel 2021 - 12:58

“Ermənistan və Rusiya 102-ci rus hərbi bazasının genişləndirilməsi imkanlarını müzakirə edir. Bu çərçivədə Zəngəzurda rus bazasının dayaq məntəqəsinin yaradılmasına baxılır”.

Azpost.info bildirir ki, bu barədə Ermənistanın Baş naziri Paşinyan parlamentin bu günkü iclasında çıxışı zamanı deyib. Paşinyan Rusiya ilə hərbi ittifaqı ölkənin təhlükəsizliyinin təmini üçün əsas komponent adlandırıb.

Onun sözlərinə görə, təhlükəsizliyin təmin edilməsi üçün prkatiki baxımdan mühüm olan erməni-rus birləşmiş ordu qruplaşmaları və vahid HHQ sisteminin fəaliyyətidir.

“Biz Rusiya hərbi bazasının genişləndirilməsi məsələsini müzakirə edirik. Rusiyalı tərəfdaşlarla effektiv müzakirələr gedir. Bura Zəngəzurda (Sünik) 102-ci hərbi bazasının dayaq məntəqəsinin yaradılması aiddir”.

Hazırda Zəngəzurda dövlət sərhəddinin qorunmasında rusiyalı sərhədçilər iştirak edir.

Paşinyan perspektiv planda peşəkar ordu sisteminə keçidi və çağırış sisteminin dəyişdiriləciyini bildirib.