Zəngilanda 3 milyon 530 min kv.m ərazi minadan təmizlənib –

“Azərbaycan Prezidentinin tapşırığı ilə Zəngilan rayonunda I, II, III  Ağalı kəndlərində “Ağıllı kənd” layihəsinin baş planının reallaşdırılması üçün 72 hektar torpaq sahəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib”.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu ANAMA-nın əməkdaşı Bəhruz Namazov deyib.

O, təmizləmə işlərinin davam etdiyini bildirib: “Zəngilanda hava limanının tikintisi ilə bağlı 48 min kv.m ərazi ANAMA tərəfindən təmizlənib. Ümumilikdə Zəngilanda 3 milyon 530 min kv.m ərazidə təmizləmə işləri aparılıb. Hazırda bu işlər davam edir”.

Qeyd edək ki, Zəngilan və Qubadlı rayonlarında ANAMA-nın apardığı təmizləmə əməliyyatlarını izləmək üçün mətbuat nümayəndələri bölgəyə səfər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DTX Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yayıb

Sonrakı məqalə

FTX Rusiyada partlayış planlaşdıran Ukrayna vətədaşlarının saxlandığını açıqlayıb