Zənginləşdirilmiş uran İrandan ixrac edilməyəcək.
Azpost.info bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi İran dövlət televiziyası olan IRIB-də açıqlayıb.
“Biz əvvəldən demişik ki, zənginləşdirilmiş materiallar ölkədən ixrac edilməyəcək. Bir variant İran daxilində mineralın keyfiyyətinin aşağı salınmasıdır. Bu, yeni seçim deyil”, – deyə o bildirib.
Baqai bu açıqlamanı İran və ABŞ arasında münaqişəyə son qoyan memorandumun imzalanması elan edildikdən qısa müddət sonra verib. Bunun ardınca Tehranın nüvə proqramı və ABŞ sanksiyalarının ləğvi ilə bağlı əlavə danışıqların aparılması gözlənilir.