Zakir Fərəcov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

- SƏRƏNCAM
21 Noyabr 2019 - 16:07

Prezident İlham Əliyev Zakir Fərəcovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə Zakir Fərəc oğlu Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.