Zakir Həsənov Gürcüstan Milli Müdafiə Akademiyasında olub-FOTO

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 15-də Qori şəhərindəki David Ağmaşenebeli Milli Müdafiə Akademiyasını ziyarət edib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, müdafiə naziri akademiyanın rektoru briqada generalı Mamia Balaxadze ilə görüşüb. Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi, eləcə də bu sahənin inkişaf perspektivləri müzakirə olunub.
Sonra general-polkovnik Z.Həsənov akademiyanın “Şərəf kitabı”nı imzalayıb.
Milli Müdafiə Akademiyası ilə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov kursantların idman yarışını izləyib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Əvvəlki məqalə

İlham Əliyev: “Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir”

Sonrakı məqalə

CityNet-in yenilənmiş məhsulları ilə daha sürətli internet