Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Zamin hansı hallarda öhdəlikdən azad edilə bilər?

Orkhan Ali 17 İyul 2025 - 09:23 (Last updated: 17 İyul 2025 - 04:55)
Kredit

Kredit

Banklardan kredit götürən şəxslərin qarşısına çıxan əsas tələblərdən biri zamin təqdim etməkdir.

AzPost xəbər verir ki, zaminlik müqaviləsi kreditorun riskini azaltmaq məqsədilə bağlanır və zamin borclunun öhdəliyini yerinə yetirmədiyi halda məsuliyyət daşıyır. Lakin tez-tez bu sual yaranır. Zamin bu öhdəlikdən hansı hallarda azad oluna bilər və ya zaminlik müqaviləsinə xitam verilə bilərmi?

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 903-914-cü maddələrində zaminliyin hüquqi əsasları və onun xitamı halları nəzərdə tutulur. Məcəllənin 911.1-ci maddəsinə əsasən, zaminliyin xitam verilməsi üçün aşağıdakı hallardan biri baş verməlidir:

1. Əsas öhdəliyin tam yerinə yetirilməsi – borcalan kredit borcunu tam ödədikdə, zaminlik də avtomatik olaraq başa çatır.

2. Əsas öhdəlik üzrə müddətin bitməsi – kredit müqaviləsində göstərilən vaxt bitdiyi halda və bank məhkəməyə müraciət etməzsə, zaminlik xitam sayılır.

3. Kredit müqaviləsinin dəyişdirilməsi – əgər borcalanla bank arasında zaminin razılığı olmadan öhdəlik şərtləri dəyişdirilərsə (məsələn, məbləğ artırılarsa və ya faiz dərəcəsi dəyişdirilərsə), Məcəllənin 913-cü maddəsinə əsasən zaminin məsuliyyəti aradan qalxır.

4. Zamin üçün müəyyən edilmiş müddətin bitməsi – zaminlik müqaviləsi müəyyən müddətə bağlanıbsa, həmin müddət başa çatdıqda məsuliyyət də sona yetir.

Maraqlı məqam odur ki, zamin bu müqavilədən istədiyi vaxt birtərəfli qaydada imtina edə bilməz. Yalnız yuxarıda sadalanan qanuni əsaslar daxilində öhdəlikdən azad edilə bilər. Əgər zaminlik müddətsiz bağlanıbsa və əsas borc ödənilməyibsə, zamin illərlə məsuliyyət daşıya bilər.

Eyni zamanda, zamin kredit müqaviləsinin icrası zamanı bankın hər hansı qanunsuz və ya qeyri-etik hərəkətini sübuta yetirərsə, məhkəmə yolu ilə müqavilənin ləğvini və ya məsuliyyətdən azad edilməsini tələb edə bilər. Bu isə yalnız konkret hallar və hüquqi əsaslarla mümkündür.

AzPost.az

Post navigation

Previous: “Rusiya seçim qarşısında qalsa Qafqazdan imtina edəcək” –
Next: “Azərbaycan Nəşriyyatı” “MətbuArt” beynəlxalq simpoziumu keçirir

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş naziri Pedro Sançesə və ispan xalqına başsağlığı verib....
Read more about İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq Şokolad
  • Sosial

Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq

User 28 Oktyabr 2026 - 21:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.