Zaqatalada əlində qumbara partlayan 18 yaşlı gənc ölüb

Zaqatalada 18 yaşlı gənc əlində qumbara partlaması nəticəsində ölüb.

Hadisə günorta saatlarında rayonun Pərzivan adlanan ərazisində baş verib. Rayonun Muxax kənd sakini Məhəmməd Kamal oğlu Ömərov ərazidən qumbara tapıb. M.Ömərov tapdığı qumara ilə ehtiyatsız davrandığından əlində partlayıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Ömərov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır(apa).

Əvvəlki məqalə

Bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək

Sonrakı məqalə

Əməkdaşlığı dərinləşdirmək, irəli aparmaq üçün qarşılıqlı səfərlərimiz davam edəcək