Zelenski:

“Saakaşvili Ukrayna vətəndaşıdır və bu təyinat bizim daxili işimizdir”
08 May 2020 - 15:52

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın Ukraynadakı səfirini geri çağırmasını səhv addım kimi qiymətləndirib.

APA-nın Gürcüstan bürosu “İnterPressNews” xəbər agentliyinə istinadən bildirir ki, Ukrayna Prezidenti Gürcüstanın sabiq dövlət başçısının Ukraynada yeni vəzifəyə təyinatının Ukraynanın daxili işi olduğunu bildirib.

“Bizim Gürcüstan xalqı ilə çox yaxşı əlaqələrimiz var. Bütün bunlara baxmayaraq, biz öz səfirimizi bu cür siyasi məsləhətləşmələr üçün geri çağırmayacağıq. Çünki bizim ölkələrimiz arasında əlaqələr istənilən hökümətdən daha uzunmüddətlidir. Mən düşünürəm ki, bu addımla Gürcüstan tərəfi səhvə yol verib.  Bu, bizim qərarımızdır və daxili siyasətimizdir. Saakaşvili Ukrayna vətəndaşıdır və onun Ukrayna pasportu var. Mən Ukraynanın Prezidenti olaraq onu Milli İslahatlar Şurasının İcra Komitəsinin sədri vəzifəsinə təyin etmişəm”, – deyə V. Zelenski bildirib.