Zelenski ABŞ-dan Rusiya ərazisinə zərbələr endirmək üçün icazə istəyib

Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtonda Ronald Reyqan Fondunda çıxışı zamanı ABŞ-dan Kiyevin Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməsini istəyib.

Azpost.info xəbər verir ki, çıxışın mətni Ukrayna prezidentinin saytında dərc olunub.

Zelenski bildirib ki, may-iyun aylarında ukraynalılar rus qoşunlarının Xarkovda irəliləyişini dayandıra biliblər və buna ABŞ-ın Rusiya ilə bütün sərhəddə rus qoşunlarına zərbələr endirməsinə icazə verməsi də kömək edib.

“ABŞ liderləri bir addım irəli gedərək Rusiya döyüş təyyarələrini birbaşa onların hava bazalarında məhv etməyə icazə versələr, biz şəhərlərimizi Rusiyanın bombalarından qoruya bilərik”, – deyə Zelenski deyib.

O, həmçinin ABŞ və müttəfiqlərinə Ukraynaya əlavə beş “Patriot” hava hücumundan müdafiə sistemi verilməsi qərarına görə təşəkkür edib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.