Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının yeni rəhbəri Rişi Sunakı Baş Nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Azpost.info xəbər verir ki, o, bu barədə özünün “Tviter” səhifəsində yazıb.
“Britaniya cəmiyyətinin və dünyanın üzləşdiyi bütün çətinlikləri uğurla dəf etməyinizi arzu edirəm. Mən Ukrayna-Britaniya strateji tərəfdaşlığını birlikdə daha da gücləndirməyə hazıram”, – Ukrayna lideri yazıb.
Azpost.info
