Zelenski Brüsseldədir- NATO Baş katibi ilə görüşəcək

Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə səfərdədir.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna lideri öz “Teleqram” kanalında məlumat verib.

“Brüssel, Belçika. Bu qış davamlılığımız üçün vacib olacaq NATO qərargahına səfər…”, – Zelenski yazıb.

Zelenski Alyansın baş katibi Yens Stoltenberq və Pentaqonun rəhbəri Lloyd Ostinlə görüşməyi planlaşdırır.

Bundan başqa, o, Brüsseldə Belçikanın Baş naziri Aleksandr De Kroo ilə danışıqlar aparacaq.

Ukrayna prezidenti onu da qeyd edib ki, ilk dəfə “Ramşteyn” formatının iclasında iştirak edəcək.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ öz maraqları naminə Fələstin-İsrail münaqişəsini qızışdırır”

Sonrakı məqalə

TƏBİB Almaniyadan ölkəyə qayıdan həkim haqqında açıqlama verdi –