Zelenski Ərdoğanın təklifini qəbul etmədi- AÇIQLAMA

Ukrayna lideri Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sammit təklifini qəbul etməyib.

Azpost.info xəbər verir ki, İstanbulda Ərdoğanla birgə mətbuat konfransında Zelenski Rusiyanın sammitdə iştirakına qarşı çıxıb.

“Ədalətli sülhə hazır olan Rusiya nümayəndələri beynəlxalq sülh planının hazırlanmasında iştirak etməlidirlər. Biz nəticə əldə etmək istəyirik. Ədalətli dünya və Ukrayna üçün ədalət… Ona görə də dünyanın sivil ölkələri əvvəlcə müfəssəl plan hazırlayıb nəticələri əldə etsinlər və yalnız bundan sonra Rusiyanın nümayəndələrini, daha doğrusu ədalətli dünyaya hazır olanları cəlb etsinlər”, – Zelenski bildirib.

Qeyd edək ki, Ərdoğan Rusiya və Ukraynanın ev sahibliyi etməyə razılaşacağı təqdirdə, Türkiyənin münaqişənin həlli üçün sammit keçirməyə hazır olduğunu deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.