Zelenski Gürcüstanın Baş naziri ilə Saakaşvili barədə məsələni müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Gürcüstan Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Bu barədə V. Zelenski özünün “Twitter” hesabında paylaşım edib.

V. Zelenski qeyd edib ki, söhbət zamanı Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin hüquqlarının beynəlxalq normalar əsasında tam şəkildə qorunmalı olduğunu vurğulayıb. Bildirib ki, Gürcüstan Baş nazirinə M. Saakaşvilinin anası, qohumları və ukraynalı həkimlərin qəbulu üçün müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev İstanbulda Qırğızıstan Prezidenti ilə görüşüb

Sonrakı məqalə

Maaş və pensiyaların artırılması üçün 1 milyard 440 milyon manat ayrılıb –