Ukrayna Prezidenti Vladimir Zelenski Britaniyanın baş naziri Boris Consonla telefon danışığı aparıb.
Azpost.info xəbər verir ki, Ukrayna lideri bu barədə bu gün “Tvitter”də yazıb. “Boris Consonla daha bir telefon danışığım oldu. Biz Ukraynaya müdafiə dəstəyinin gücləndirilməsi, təhlükəsizlik zəmanətləri üzərində işi gücləndirmək və Kiyevə yanacaq tədarükü haqqında danışdıq”, – Zelenski bildirib.
O əlavə edib ki, Ukrayna və Britaniya birgə ərzaq böhranının qarşısını almalı və Ukrayna limanlarını blokadadan çıxarmalıdır.
Azpost.info