Zelenski ilə Baydenin görüşü təxirə salınıb

Ukrayna prezidenti Vladimir Zelenskinin Amerika lideri Co Baydenlə avqustun 31-nə təşkil edilmiş görüşü təxirə salınıb.

Bu barədə “RBC Ukrayna” agentliyinə Prezident aparatındakı mənbə bildirib.

Məlumata görə, Zelenski ilə Baydenin sentyabrın 1-də görüşəcəyi planlaşdırılır.

Qeyd edək ki, görüş ikinci dəfədir təxirə salınır – bundan əvvəl prezidentlərin avqustun 30-da görüşəcəyi planlaşdırılsa da, sonradan plan dəyişdirilib. Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın bildirdiyinə görə, bu, səfər proqramının genişləndirilməsi ilə əlaqədardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Norveçdə Rusiyaya qarşı hansı hərəkəti etmək olmaz?

Sonrakı məqalə

Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır –