Ukrayna prezidenti Vladimir Zelenski ilk dəfə Kursk vilayətində gedən döyüşlərə münasibət bildirib.
Azpost.info bildirir ki, Zelenski Telegram-kanalında Ukrayna Silahlı Qüvvələrinin hücumunun məqsədləri barədə videomüraciət yayımlayıb.
“Biz Rusiyanın Putinin rəhbərliyi altında necə hərəkət etdiyini görürük: 24 il əvvəl “Kursk” fəlakəti baş verdi. Bu, onun hakimiyyətinin simvolik başlanğıcı idi. İndi bunun necə sona çatdığını görürürk. Yenə də Kursk. Onun başladığı müharibənin fəlakətidir” .
Ukrayna prezidenti qeyd edib ki, Rusiyanın başqaları üçün gətirdiyi müharibə indi vətənə qayıdır. O, bildirib ki, Ukrayna Silahlı Qüvvələri məhz Kursk vilayətinin Sumı vilayətinin atəşə tutulduğu əraziləri nəzarətə götürüb. “İyunun 1-dən bu günə qədər Sumı vilayətinin ərazisinə təxminən 2100 hücum edilib. Ona görə də bizim əməliyyatlarımız sırf Ukraynanın təhlükəsizliyi, sərhəd bölgəsinin Rusiya hərbçilərindən azad edilməsi məsələsidir”, – deyə Zelenski bildirib.