Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kiyevin Moskva ilə sülh danışıqlarına dair mövqeyini öyrənmək üçün ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar aparmağı planlaşdırdığını bildirib.
Azpost.info xəbər verir ki, bu barədə Türkiyə lideri Özbəkistandan qayıdarkən jurnalistlərə bildirib.
“Cənab Zelenski ilə də danışacağıq və onların nə düşündüklərini, belə bir işə necə baxdıqlarını görəcəyik”, – Türkiyə prezidenti deyib.
Ərdoğan vurğulayıb ki, Ankara Ukraynada sülhə gətirib çıxaracaq yollar axtaracaq.
Azpost.info