Ukrayna prezidenti Vladimir Zelenski İsveçrəni Rusiyanın aktivlərini bloklayıb Kiyevə ötürməyə çağırıb.
Azpost.info xəbər verir ki, o, bu barədə İsveçrənin universitet ictimaiyyəti və ictimai xadimləri ilə söhbəti zamanı bildirib.
“Mən çox istərdim ki, İsveçrə Rusiya aktivlərini bloklasın və biz tamamilə ədalətli şəkildə Ukrayna ərazilərinin işğalına və Rusiyanın Ukraynaya qarşı törətdiyi təcavüzə görə kompensasiya ala bilək”, – Zelenski deyib.
Azpost.info
