AŞPA-nın sessiyasında Ermənistan-Azərbaycan hərbi gərginliyi müzakirə oluna bilər

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında videokonfrans vasitəsilə çıxış edəcək.

Bu barədə AŞPA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 10-dan 14-dək Strasburqda keçiriləcək payız plenar iclasında həmçinin İrlandiya Prezidenti Maykl D. Higgins, İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassisin, Albaniyanın Baş naziri Edi Ramanın çıxışları da olacaq.

Payız sessiyasında “Avropa Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin başlamasından yarım il sonra”, “Avropada ərzaq təhlükəsizliyi: Ukrayna limanları vasitəsilə taxıl ixracı” və “Ermənistan və Azərbaycan arasında hərbi toqquşmalar” mövzularında da müzakirələrin keçirilməsi ilə bağlı müraciətlər də var.

Qərbi Balkanlar üçün Avropa perspektivi, islamafobiya və ya anti-müsəlman irqçiliyi, peyvənd ayrı-seçkiliyi və İrlandiya adasında “Brexit”in insan hüquqlarına təsiri ilə bağlı müzakirələr də nəzərdə tutulur. Assambleyada həmçinin Türkiyə, Macarıstan və Rumıniyanın öhdəliklərinə əməl etməsi ilə bağlı müzakirələr də gözlənilir.

Assambleya eyni zamanda, Şengen İnformasiya sistemindən bəzi dövlətlər tərəfindən siyasi motivli sanksiya kimi sui-istifadə, idmanda qadınlara qarşı ayrı-seçkilik, sığınacaq axtaranlar üçün təhlükəsiz üçüncü ölkələr, miqrasiya idarəçiliyinin qeyri-qanuni tədbirlərlə bağlı hesabatların müzakirəsi də təklif olunub.

AŞPA-nın payız sessiyasının yekun gündəliyi sessiyanın ilk günündə təsdiqlənəcək.

Əvvəlki məqalə

MEDİA-da Mətbuat Şurasının sədri Rəşad Məcidlə görüş keçirilib

Sonrakı məqalə

Zelenski İsveçrəni Rusiyanın aktivlərini Ukraynaya verməyə çağırıb